rusiyada-nazirlik-emekdaslarina-iphone-lardan-istifade-qadagan-olundu

Rusiyada nazirlik əməkdaşlarına “iPhone”lardan istifadə qadağan olundu

Rusiyanın Maliyyə və Energetika Nazirliyi “iPhone” və digər “Apple” cihazlarının iş məqsədləri üçün istifadəsini qadağan etmək qərarına gəlib.

Məlumata görə, ölkənin Sənaye və Ticarət Nazirliyində də analoji qadağa bazar ertəsindən qüvvəyə minəcək.

Bildirilir ki, Rəqəmsal İnkişaf Nazirliyi və “Rostex” dövlət korporasiyası da bu nümunəni tətbiq etməyə hazırlaşır və ya artıq tətbiq edib.

İddiaya görə, hazırda rusiyalı məmurlar qadağa ilə əlaqədar üzərilərində başqa telefon gəzdirməli olduqlarından şikayətlənirlər.

Oxu.Az