resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin may ayının 1-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 30-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9070 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0263 manata düşüb.

1 türk lirəsi isə 0,2850 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Aprelin 30-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9020 manata, 1 rubl 0,0264 manata, 1 türk lirəsi isə 0,2853 manata bərabər idi.