remzi-teymurov-azerbaycanin-argentinadaki-sefiri-teyin-edildi-serencam

Rəmzi Teymurov Azərbaycanın Argentinadakı səfiri təyin edildi – SƏRƏNCAM

Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.