Rusiya prezidenti Vladimir Putin hökümətin və “Sberbank”-ın təklif etdiyi süni intellekt inkişafı strategiyasını dəstəklədi.
İnsider.az “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, Putin süni intellekt sahəsinin inhisarçısı dünya hökmdarı olacağını bildirib.
Putin süni intellekt sahəsində tədqiqatların maliyyələşdirmələrini artırmağa və bu sahəyə özəl investisiyaların yatırılması üçün stimul yaratmağa çağırış edib. Bu arada “The Bell” nəşri Putinə dünən təqdim olunmuş strategiya ilə tanış olub. Onun hədəfləri aşağıdakılardır:
• 2024-cü ilə 10%, 2030-cu ilə isə 20% iri və orta şirkətlərin süni intellektə keçirilməsi. Bu, dövlət qurumlarına da aiddir;
• 2024-cü ilə süni intellektli rusiyalı çipin yaradılması, 2030-cu ilə isə onun əsasında cihazın yaradılması;
• Süni intellekt sahəsində tədris proqramlarını işə salmaq və 2030-cu ilə bu sahənin mütəxəssis defisitini aradan qaldırmaq;
• süni intellekt əsasında 2024-cü ilə dar məsələləri insandan daha yaxşı həll etməyə qadir sistemlərin, 2030-cu ilə isə geniş məsələləri həll etməyə qadir sistemlərin yaradılması;
• simasızlaşdırılmış dövlət məlumatları və rusiyalı şirkətlərin məlumatları olan onlayn-platformanı işə salmaq, 2030-cu ilə isə onların həcminə görə dünya top-10-luğuna daxil olmaq.
Strategiyanın reallaşdırılmasına altı ilə 90 milyard rubl lazım olacaq. Aparıcı tərtibatçılar rusiyalı şirkətlər olan “Sberbank”, “Rostelekom”, “Rostex”, “Rosatom” və “RJD” olacaq.
Samirə Məmmədova