prezident-sabir-rustemxanlini-sohret-ordeni-ile-teltif-edib

Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib

Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.