prezident-cinde-gorusler-kecirir-yenilenib

Prezident Çində görüşlər keçirir - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.

İnsider.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

08:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.

İnsider.az xəbər verir ki, Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşılayıblar.