pasa-bank-maliyye-gostericilerini-aciqladi

Paşa bank maliyyə göstəricilərini açıqladı

“2018-ci ilin sonuna olan vəziyyətə əsasən Fitch Raiting tərəfindən verilən uzunmüddətli emitentin defolt reytinqi B+, Standart & Poor's tərəfindən verilən reytinq isə BB- səviyyəsindədir”.

İnsider.az xəbər verir ki, bu barədə Paşa Bankın 2018-ci ilin maliyyə göstəricilərinin açıqlamasına həsr edilmiş mətbuat konfransı zamanı bankın İdarə heyətini sədri, baş inzibatçı direktor Taleh Kazımov deyib.

"2018-ci ildə bankın cəmi aktivləri 5,209 364 AZN olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. 2017-ci illə müqayisədə müştəri verilən kreditlərin həcmi bu il 26 % artaraq 1 780782 AZN olub. Müştərilərin müddətli əmanətləri 2017-ci illə müqayisədə 2018-ci ildə 3 % azalaraq 1 007 111 AZN, müştərin müddətsiz əmanətləri 59 % artaraq 2 946 841AZN olub."-deyə T.Kazımov bildirib.

Onun sözlərinə əsasən, 548 009 min AZN olan cəmi kapital 2017ci ilin sonu ilə müqayisədə 10 % artıb.

Qeyd edək ki, 2018-ci ildə öncəki illə müqayisədə ümumi mənfəət (vergiyə qədər) 16 % azalaraq 94 984 AZN, xalis mənfəət isə (zərər) 17 % azalaraq 74 053 AZN olub.