2018-ci ildə “PAŞA Bank”ın kredit portfelində işlək olmayan kreditlərin payı 10,4%-dən 4,6%-ə endirilib.
İnsider.az xəbər verir ki, bu haqda “PAŞA Bank”ın 2018-ci ilin yekun nəticələrinin açıqlanmasına həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov məlumat verib.
“2018-ci ildə passiv portfel 10,4%-dən 4,6%-ə düşüb. Son 5 ildə verilmiş kreditlərdə işlək olmayan kreditlərin payı isə cəmi 1,9%-dir”.
31 Dekabr 2018-ci il tarixində “PAŞA Bank” qrupunun cəmi kredit portfeli 1 milyard 781 milyon manat təşkil edib. Bu məbləğin təxminən 1,3 milyard manatı PAŞA Bank Azərbaycanın payına düşüb.