palata-istehlak-kreditleri-uzre-dollarlasma-keskin-azalib

Palata: İstehlak kreditləri üzrə dollarlaşma kəskin azalıb

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda istehlak kreditləri üzrə dollarlaşma səviyyəsi kəskin azalaraq 10-11%-ə düşüb. 

İnsider.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib. 

O, həmçinin deyib ki, təmsil etdiyi qurum fəaliyyət göstərdiyi 3 ildən artıq müddətində bank sektorunda aktivlərin keyfiyyətini qiymətləndirib, real vəziyyətə uyğun lazımi addımlar atıb. 

© Report