ozunden-emin-olan-insanlarin-imtina-etdikleri-13-verdis

Özündən əmin olan insanların imtina etdikləri 13 vərdiş

Özünə güvənən insanlar kənardan kiminsə onları dəyərləndirməyinə ehtiyac duymurlar, çünki onların veclərinə deyil. Qarşısına çıxan əngəllərdən asılı olmayaraq, onların özlərinə inamı var və təyinat nöqtəsinə çatacaqlarına inanırlar. Paradoksal da olsa, bu əminlik digərlərini cəlb edir, çünki hər kəsə özündən daha əmin olmağı hiss etdirir.

Əfsuslar olsun ki, əsl əminliyə, yəni bizim istədiyimizə nail olmaq çoxlu səy tələb edir. Siz sadəcə geyim alıb həyatın eniş və yüksəlişləri boyu onun sizdə əminliyi qoruyacağını gözləyə bilməzsiniz. Arzuladığınız sarsılmaz özgüvəni qurmağa sizə kömək olacaq öz-inkişaf məşqlərini tətbiq etməlisiniz.

Aşağıda verilmiş siyahıda heyranedici əminliyi istədiyiniz təqdirdə dərhal imtina edəcəyiniz 13 vərdiş qeyd edilib.

1. Öz-özünlə mənfi söhbətə cəlb olunma.

Əllbəttə, həyatınızın hansısa anında, bu, daxilinizdəki məşqçinin sizi motivasiya etməyi deməkdir. Lakin indi bu, sizi dala atır və öz-özünüzə verdiyiniz qiyməti aşağı salır.

2. Başqalarının nə düşündüyünün həddindən artıq qeydinə qalmaq.

Digərlərinin təqdirini axtarmağınız sizin xarici yoxlamaya ehtiyacınız olduğunu təsdiqləyir. İş orasındadır ki, sizin kifayət qədər daxili sevginiz yoxdur. Özünüzü yaratmaq üçün digərlərinin gözləntilərini doğrultmağı buraxın və özünüzə qiymət verməyə başlayın.

3. "Netflix" kimi xeyir gətirməyən fəaliyyətlərə vaxt sərf etmək.

Əminliyi qurmaq üçün sizə səriştəliliyinizə görə qürur hissini inkişaf etdirmək gərəkdir. Müvəqqəti çıxışlara yol verməkdənsə, özünüzə yatırım edin.

4. Artım üçün imkanlardansa, ancaq əksikləri görmək.

Yalnız məhdudiyyətlərə fokuslanmaq onların gücünü artırır. Bütün çatışmazlıqları artım üçün sahələr kimi parafraz edin və sonra əhəmiyyətli proqresə nail olmaq üçün ölçü götürməyə başlayın.

5. Həyatınızın sakit introspeksiya (özünü müşahidə, analiz) ilə deyil, ekranlar və stimulyasiya ilə doldurulması.

Bütün günü gözünüzü ekranlara zilləyərək beyninizi həddidən artıq stimullaşdırmağı durdurun. Bütün parlaq ağıllar oxuyur və düşünür - artıq səthi əyləncələrə şikayətlənməkdənsə, uğur və əminlik üçün bünövrə qurmağınızın zamanı gəlib.

6. Daim keçmişi təkrar yaşamaq.

Fərq etməz, keçmişdə baş verənlər nə qədər yaxşı, ya pis olub - onlar artıq keçmişdədir. Diqqətinizi indiki zamana yönəldin və daha yaxşı gələcək qurmağa başlayın.

7. Gələcəyi əndişə ilə qabaqcadan görmək.

Arzuolunan gələcəyin qurulmasının tək yolu hazırda effektiv olmaqdır. Əgər indiki zamanda siz fəal deyilsinizsə, gələcək barədə xəyallarınız mənasızdır.

8. Öz şəxsi fikrini düzgün ifadə etməmiş digərlərinin rəyini öyrənmək.

Öz təcrübənizin eksperti olun. Öz mövqeyinizi tutun və sonra özünüzü daim passiv rola qoymaqdansa, yeni məlumata açıq olmaqla alternativ perspektivlər axtarın.

9. Ümumi mənzərəyə kifayət qədər diqqət yetirməkdənsə, detallara həddən çox fokuslanmaq.

Hazırki işinizə cəlb olmaq, işin hara getdiyini bilmək və nə qədər uzağa gedib çıxacağınızı görmək üçün balanslaşdırılmış perspektiv tapın.

10. Daxili yaraları yüngülləşdirmək üçün kənar obyektlərə - insan və ya əşya olsun - baxmaq.

İnsanlar real əminliklə öz emosional ağrısı barədə agahdırlar və əsas problemi həll etməyən qoruma mexanizmləri və müvəqqəti həzlərə düşməmək üçün onlar problemi terapiya və ya məşq zamanı həll edir.

11. Əslində böyük əhəmiyyət kəsb etməyən kiçik problemləri vurğulamaq.

Problem və lazımsız stress yaratmağı dayandırın. Bu ancaq sizin öz şəxsi və peşəkar artımınıza yatırım edə biləcəyiniz enerjinizi sizdən alır.

12. Minnətdar olmaqdansa, səhvlər, peşmançılıqlar və müvəffəqiyyətsizliklər barədə düşünmək.

İnsanların əksəriyyəti heç də istədikləri şəxslər deyil. Xoşbəxt və özündən əmin insanlar hal-hazırda onlara böyüməyə və məmnun həyat qurmağa imkan verən şeylərə qiymət verirlər.

13. Vaxtını özünü digərlərilə müqayisə aparmağına sərf etmək.

"Instagram"-dan çıxın - öz dəyərinizi kəşf edə bildiyiniz halda, başqalarına paxıllıq etməyin mənası yoxdur. Dünyada bir çox imkanlar var və öz bacarıqlarınızın təkmilləşməsinə nə qədər çox güc qoysanız,  bir o qədər əmin olub daha yaxşı yaşayacaqsınız.

Samirə Məmmədova