oppo-nun-yeni-flaqmani-galaxy-s10-plus-i-geride-qoydu

"Oppo"nun yeni flaqmanı "Galaxy S10 Plus"ı geridə qoydu

"Oppo" "Reno" və "Reno 10x Zoom" modellərini rəsmi olaraq tanıdıb.

İnsider.az xəbər verir ki, Çin mərkəzli smartfon istehsalçısı "Oppo"nun yeni flaqmanı "Reno 10x Zoom" Snapdragon 855 ilə çalışır və 10x zoom etmək qabiliyyətinə malikdir.

Smartfon 6 GB və 8 GB olmaqla iki fərqli RAM seçimi ilə təklif olunur. 6 GB RAM-a sahib olan model Çinin smartfon və cihazların müqayisəsi ilə məşğul olan "AnTuTu" platformasında testdən keçirilib. Beləliklə, "Oppo"nun yeni flaqmanı topladığı bala görə "Galaxy S10 Plus"ı geridə qoyub və ikinci pilləyə yüksəlib. Birinci pillədə isə hələ də "Xiaomi Mi 9" qərarlaşır.

©Finans.az