opec-nefte-telebatin-artimi-daha-suretli-ola-biler

"OPEC+": Neftə tələbatın artımı daha sürətli ola bilər

Bu il neftə olan tələbatın artım templəri gözləniləndən daha sürətli ola bilər. Xüsusilə də  bu tendensiya ilin ikinci yarısında müşahidə edilə bilər.

İnsider.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ötən gün keçirilən "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclasının nəticələrinə dair hesabatda qeyd edilir.

Məlumata görə, "OPEC+" monitorinq komitəsinin növbəti iclası martın 3-də baş tutacaq.

APA