oktyabrin-1-den-bakiya-aviareysleri-berpa-edecek

Oktyabrın 1-dən Bakıya aviareysləri bərpa edəcək

“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti oktyabrın 1-dən Kiyev-Bakı-Kiyev aviareysini bərpa etməyi planlaşdırır.

Aviaşirkətin yaydığı məlumata görə, “Ukrayna Beynəlxalq Hava Yolları” oktyabrın 1-dən, həmçinin Kiyevdən London, Praqa, Brüssel, Düsseldorf istiqamətinə də uçuşları bərpa edəcək.

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar martın 17-dən Ukrayna və Azərbaycan arasında intensiv təyyarə uçuşları təxirə salınıb.

Azərtac