novbeti-depozit-herraci-kecirilecek-mebleg

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

13 iyul 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, hərracı ilə 150 milyon manat cəlb edilməsi planlaşdırılır.

Məbləğin artırıla bilən hissəsi: hərrac məbləğinin maksimum 20%-i, Müddət: 14 gün; Faiz dərəcəsi: 6,51% - 6,99%-dir.

Xəbər verdiymiz kimi, 06.07.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 408,2 milyon manat təşkil etmiş, 100 milyon manat cəlb edilmişdi.