notlarin-herracinda-da-teleb-teklifden-asagi-dusdu

Notların hərracında da tələb təklifdən aşağı düşdü

300 milyon manatlıq not təklifinə 199 milyon 526 min 400 manatlıq tələb olub. Əvvəlki hərraclarda tələb təklifdən çox olurdu.

İnsider.az xəbər verir ki, 17 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101673S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.4581 AZN (7.01%) arasında olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 199 milyon 526 min 400 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3199 AZN (8.80%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi199 milyon 526 min 400 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 15.05.2019.

Xəbər verdiyimiz kimi, sonuncu depozit hərracında da tələb təklifdən aşağı olub. 300 milyon manatın cəlb edilməsi üçün keçirilmiş depozit hərracında tələb 336,1 milyon manat olmuşdu.