nissan-in-kecmis-rehberine-yeni-ittiham-ireli-surulub

“Nissan”-ın keçmiş rəhbərinə yeni ittiham irəli sürülüb

Tokio prokurorluğu “Renault – Nissan – Mitsubishi” avtomobil alyansının keçmiş rəhbəri Karlos Qona qarşı onun “Nissan” konserninin vəsaitlərini mənimsədiyinə dair yeni ittiham irəli sürüb.

İnsider.az bu barədə “NHK” telekanalına istinadla xəbər verir.

İddia edilir ki, Qonun qurduğu dələduzluq sxemi nəticəsində korporasiya pullarının Omanda fəaliyyət göstərən minik avtomobil satışı üzrə firmanın ünvanına köçürməsi zamanı təxminən 5 milyon dollar onun tərəfindən oğurlanıb.

Qeyd edək ki, “Nissan”-ın vəsaitlərini mənimsəməsi və ya qeyri-qanuni istifadəsinə dair bu artıq Qona irəli sürülən dördüncü ittihamdır.

Yeni ittiham Karlos Qonu həbsdə saxlamağa imkan verir, lakin eks-menecerin vəkilləri onun girov əvəzi azad edilməsi tələbini dərhal məhkəməyə irəli sürmək fikrindədirlər.

Samirə Məmmədova