Çərşənbə axşamı dünya bazarında neft qiymətləri, iqtisadiyyatların yavaşlayacağı qorxusu fonunda 2,6% düşüb.
Bakı vaxtı ilə saat 08:50-yə olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2,6% azalaraq 80,55 dollar/barel, WTI markalı neftin aprel fyuçersləri də 2,6% azalaraq 74,16 dollar/barel təşkil edib.
Neft ardıcıl ikinci gündür ucuzlaşır. Kotirovkaların iki günlük enişinə, dünya mərkəzi banklarının davam edən yüksək faiz dərəcələri fonunda iqtisadiyyatların yavaşlayacağı qorxusu səbəb olur.
CME Group-un məlumatına görə, analitiklərin 81,9%-i FED-in mart ayında uçot dərəcəsini daha 0,25 faiz bəndi artıraraq illik 4,5-4,75%-ə çatdıracağını gözləyir.
Analitiklər də bildirir ki, artan faiz dərəcələri və iqtisadi yavaşlama düşüncələri qiymətlərin aşağı düşməsinə təzyiq göstərir.
Marja