nato-nun-bas-katibi-ukraynada-muharibe-illerle-davam-ede-biler

NATO-nun baş katibi: Ukraynada müharibə illərlə davam edə bilər

Ukraynada müharibə illərlə davam edə bilər.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, bəyan edib ki, əslində hərbi əməliyyatların nə qədər davam edəcəyini heç kim dəqiq bilmir.

Stoltenberq vurğulayıb ki, Ukraynaya veriləcək daha müasir silahlar əsasən Rusiyanın işğalı altında olan Donbasın geri alınması imkanlarını artıracaq.

NATO-nun baş katibi İsveç və Finlandiyanın alyansa qoşulması məsələsinə də toxunaraq Türkiyəni strateji əhəmiyyətə malik mühüm bir NATO ölkəsi adlandırıb.