moskvada-azerbaycan-ve-rusiya-arasinda-senedler-imzalanib-foto

Moskvada Azərbaycan və Rusiya arasında sənədlər imzalanıb - FOTO

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası Məsləhətləşmələr Planı imzalanıb.

Bundan başqa, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markasının təqdimetmə mərasimi keçirilib.

Report