milk-pro-sirketinin-sahibi-movsum-sixiyev-vefat-edib

"Milk-Pro" şirkətinin sahibi Mövsüm Şıxıyev vəfat edib

Hamının sevimlisi, doktor Mövsüm Şıxıyev kimi tanınan iş adamı dünyasını dəyişib

Tanınmış iş adamı Mövsüm Şıxıyev dünyasını dəyişib.

Yerli bazarda  “Sevimli Dad”, “Sonti”, “Dr.Milk” kimi öz sözünü demiş brendler ilə tanınan, "Milk-Pro" şirkətinin sahibi Mövsüm Şıxıyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Mövsüm Şıxıyev 1958-сi ildə Bakı şəhərində anadan olub.

İxtisasca həkim terapevt olan Mövsüm Şıxıyev, 1990-cı ildə Bakıda hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə uşaq müalicə müəssisələrinin süd mətbəxlərini süddə yetişdirilmiş bifidobakteriyalarla təmin edib ki, buda öz növbəsində uşaqların xəstəliyə yoluxmasının qarşısını alırdı.

Bakıda Azərbaycan Tibb universiteti məzunu və Sankt-Peterburqda Hərbi Tibb Akademiyasının məzunu olan M.Şıxıyev 1991-ci ildə "Milk-Pro" şirkətini təsis edib və ona rəhbərlik edib.

1994-cü ildən başlayaraq "Milk - Pro" istehsal etdiyi müalicəvi süd məhsulları ilə yanaşı xama, kəsmik, qatıq və s. kimi ümumi süd məhsullarının da istehsalına başlayıb.

Mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini və üzüntülərini bölüşürük.

Allah rəhmət eləsin!