microsofta-qarsi-371-milyon-dollarliq-tezminat-iddiasi-ingilis-sirketi-abs-texnologiya-nehengini-haq

Microsofta qarşı 371 milyon dollarlıq təzminat iddiası İngilis şirkəti ABŞ texnologiya nəhəngini haqsız rəqabətdə günahlandırır.

Müxtəlif təyinatlı proqram təminatının, o cümlədən Microsoft Office lisenziyalarının ikinci əl ticarəti ilə məşğul olan Böyük Britaniya şirkəti ValueLicensing məşhur Microsoft Korporasiyasına qarşı İngiltərə Ali Məhkəməsində təzminat iddiası qaldırıb.

Şirkət qocaman Microsoftu ikinci əl İT lisenziya və proqram təminatı bazarına müdaxilələr edərək, haqsız rəqabət aparmaqda günahlandırır və buna görə çəkdiyi 270 milyon funt-sterlinq (371 milyon dollar) zərəri təzminat olaraq tələb edir.

ValueLicensing 2009-cu ildə Böyük Britaniyada qurulub. Şirkətin əsas biznes sahəsi öz İT proqramlarını yeniləyən və yaxud müflis olaraq bağlanan şirkətlərdən onların Microsoftdan aldıqları Office proqram paketinin  qüvvədə olan lisenziyalarını ucuz qiymətə satın almaq və bu lisenziyaları ikinci əl bazarında digər şirkətlərə satmaqdan ibarətdir. Şirkət sıfırdan yeni lisenziya almaq əvəzinə, işlənmiş, lakin vaxtı hələ bitməmiş lisenziyadan yararlanmaq imkanı təqdim edir və kiçik şirkətlər üçün 70%-ə qədər xərcə qənaət edilməsinə şərait yaradır.

ValueLicensing-in təsisçisi Conathan Horley Microsoftu şirkətləri müddətsiz lisenziyalardan imtina edərək, yeni bulud texnologiyaları (cloud) əsaslı Office365 lisenziya sisteminə qoşulmağa təhrik etməkdə günahlandırır: “Microsoft özünün yeni bulud əsaslı modelinə keçmək və köhnə lisenziyaları bazarda ləğv etmək imkanını işə salıb. Bu halda müştərilər əvvəlki kimi işlənmiş lisenziyadan təkrar istifadə imkanını itirir və məcbur daha bahalı abunəlik seçimindən istifadə etməlidir”.

Bu ilin fevralında Microsoft özünün əvvəlki versiyalarda təqdim etdiyi lisenziyaların, misal üçün Office 2016 sisteminin istifadə müddətini uzatmayacağını bildirib. Bu isə öz kompüterlərində Micsoroft Office proqram paketindən istifadə edən şirkətləri daha ucuz (5 illik lisenziya) variantlardan yararlanmaq imkanından məhrum edib.   

Marja