microsoft-magazalarini-baglayir

Microsoft mağazalarını bağlayır

Microsoft bütün dünyada fiziki mağazalarını bağlayaraq tamamilə onlayn satışa yönələcək.

Bütün dünyada koronavirus epidemiyası səbəbilə bağlanan mağazalar yavaş-yavaş açılır. Ancaq Microsoft, bu dövrdə çox mühüm bir qərar qəbul edib. Xəbərə görə, texnologiya nəhəngi fiziki mağazalarını qalıcı olaraq bağlamağa hazırlaşır.

İnsider.az xəbər verir ki, Şirkət, yalnız Vaşinqton, Nyu York, London və Sidneydəki mağazalarını açıq saxlayacaq. Ancaq bu mağazalar da "təcrübə mağazası" olacaqlar. Bu mağazalarda məhsulların istifadəsi ilə əlaqədar müştərilərə kurslar veriləcək.

Marja