31 may 2019-cu il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 870,9 milyon dollar təşkil edib.
İnsider.az xəbər verir ki, Mərkəzi bankın verdiyi məlumata görə, aprel ayının sonu ilə müqayisədə valyuta ehtiyatları mayda 81,9 milyon dollar artıb.
İlin əvvəlindən ötən 5 ay ərzində isə valyuta ehtiyatları 245,2 milyon dollar artıb.
Rəsmi valyuta ehtiyatları (mln. USD)
Tarix Dəyər
31/05/2019 5870.9
30/04/2019 5789.0
29/03/2019 5778.6
28/02/2019 5761.9
31/01/2019 5655.9