01 iyul 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
İnsider.az xəbər verir ki, hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub.
24.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 813,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləği də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 5 dəfədən çox üstələmişdi.