merkezi-bank-novbeti-depozit-herracini-elan-etdi

Mərkəzi Bank növbəti depozit hərracını elan etdi

24 iyun 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub.

Xəbər verdiyimiz kimi, 18.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 672,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini elan etdiyindən bu məbləği də cəlb etmişdir.

10.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 817,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi. 

03.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 744,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi.

27.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 838,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi.