merkezi-bank-depozit-herracinin-neticelerini-aciqlayib

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 701,5 mln. manat olub.

İnsider.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.