mask-onu-tenqid-eden-kasparovu-axmaq-adlandirdi-foto

Mask onu tənqid edən Kasparovu axmaq adlandırdı – FOTO

Amerikalı iş adamı İlon Mask onun Ukrayna nizamlanmasına dair daha əvvəl dərc etdiyi təklifini tənqid edən şahmat üzrə dünya çempionu Harri Kasparova kəskin cavab verib.

“Bəs niyə insanlar Silikon Vadisindəki rahat malikanələrində oturub Ukraynaya nə edəcəklərini deyirlər?”, - Kasparov CNBC-yə bildirib və əlavə edib ki, o, İlon Maskın davranışını “mənəvi axmaqlıq” və “geosiyasi korluq” hesab edir.

Mask isə buna cavab olaraq sosial mediada yazıb ki, Kasparov şahmatı demək olar ki, onun “iPhone”u qədər yaxşı oynasa da, “qalan məsələlərdə o, axmaqdır”.

“Mənim evim yoxdur, qaldı ki malikanəm, axmaq”, - deyə iş adamı əlavə edib.

 

Oxu.Az