mask-dunyada-birinci-dron-muharibesinin-baslandigini-elan-etdi-foto

Mask dünyada birinci dron müharibəsinin başlandığını elan etdi – FOTO

Dünya ilk dron müharibəsi ilə üz-üzədir.

Bu barədə “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask öz “Twitter” səhifəsində yazıb.

O, Ukrayna şəhərlərinə PUA hücumu ilə bağlı xəbərləri “Birinci dron müharibəsi” yazaraq şərh edib.

Qeyd edək ki, oktyabrın 17-də Kiyevə kamikadze dronları ilə hücum olub.

Oktyabrın 18-də isə NATO-nun baş katibi Yens Stoltenberq alyansın Kiyevi pilotsuz uçuş aparatları ilə mübarizə üçün vasitələrlə təmin edəcəyini bildirib.

Oxu.Az