2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201,2 mln. manat məbləğində sığorta haqları toplanıb, 46,2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
İnsider.az xəbər verir ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında sığorta haqları 4,2% (8.1 mln manat) artıb, sığorta ödənişləri isə 23,4% azalıb.
Könüllü sığorta bazarı üzrə haqlar 130 mln. manat, ödənişlər isə 29,9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71,2 mln. manat, ödənişlər isə 16.3 mln. manat olub.
2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64,6%-i könüllü, 35,4%i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,.7%-i könüllü, 35,3%-i icbari sığorta növləri hesabına formalaşıb.
Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19.5% (9.3 mln. manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54.9% (4.6 mln. manat) artıb.