maliyye-nazirliyinde-muhum-teyinat

Maliyyə Nazirliyində mühüm təyinat

Azərbaycan Respublikası Maliyyə Nazirinin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Əmralı oğlu Yusifovun Maliyyə Nazirliyinin Aparat rəhbəri təyin edildiyi bildirilir.

İnsider.az xəbər verir ki, adının gizli qalmasını istəyən mənbənin "Marja"ya verdiyi məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən Adil Məmməd oğlu Əhmədov Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun Sərəncamı ilə Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsinə təyin olunub.