“Lego” təsisçisi Kirk Kristiansenin ailəsinin aktivlərini idarə edən “Kirkbi” şirkəti və “Blackstone” investisiya firması britaniyalı “Merlin”-in birja satınalması barədə razılığa gəlib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
Sövdələşmənin bağlanmasından sonra “Kirkbi” “Merlin”-in 50%-ni alacaq, yerdə qalan hissəni isə “Blackstone” və kanadalı pensiya fondunun investisiyalarını idarə edən “CPPIB” şirkəti bölüşdürəcək.
Bildirilir ki, şirkət 7,5 milyard dollar dəyərində qiymətləndirilir.
Şirkət sahibləri ümid edirlər ki, özəl status strategiyanın daha rahat reallaşmasına və uzun müddətli planların icra olunmasına imkan yaradacaq.
Qeyd edək ki, “Merlin” dünyada ölçüyə görə “Disney”-dən sonra ikinci böyük əyləncə operatorudur. Onun idarəsi altında 25 ölkədə yerləşən 130 “Legoland” tematik park, “Madam Tüsso” mum fiqurlar muzeyləri, “Sea Life” okeanariumları və digər obyektlər var. Ötən il onun obyektlərinin ziyarətçiləri, hesablamalara görə, 6 milyon nəfər, illik mənfəəti isə 2,1 milyard dollar təşkil edib.
Samirə Məmmədova