Rusiya Maliyyə nazirinin müavini Alexei Moiseev "Facebook"-dan "Libra"-nı kripto pulunu qadağan etmək üçün ayrı bir tənzimləmə etməyəcəyini açıqlayıb.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın hər yerində məşhur olan bitkoin kripto sikkələrinin inanılmaz yüksəlişi ilə bəzi böyük şirkətlərin maraq mərkəzi olub. Dünyanın ən məşhur ictimai mediası olan "Facebook", uzun müddətdir öz kripto valyutasını hazırlayır. Şirkət bir neçə gün öncə verdiyi açıqlamada öz kripto pul vahidinin "Libra" olacağını rəsmi olaraq elan edib.
Rusiya Maliyyə nazirinin müavini Alexei Moiseev "Facebook"-un kripto pul vahidi "Libra"nı qadağan etməyəcəyini bildirib, tezliklə ölkə olaraq kripto pulların hüquqi çərçivədə tənzimlənəcəyini və Libranın da bu tənzimlənməyə daxil ediləcəyini bildirib.
Mossiyev: "Rusiyada kripto sikkələrlə malların və xidmətlərin alqı-satqısı "həmişə qanunsuz olacaq", rubl bizim milli valyutamızdır və bütün hesablamalar onunla aparılmalıdır".- deyə xəbərdarlıq edib.
Qeyd edək ki, "Facebook" "Libra"-nın sabit qiymətli bir kripto pul vahidi olmasını, əsasən internet və sosial media platformaları üzərində alışverişdə istifadə edilməsini hədəfləyir.