kristin-laqard-reqemsal-pullar-bank-sistemini-sarsidir

Kristin Laqard: Rəqəmsal pullar bank sistemini sarsıdır

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı direktoru Kristin Laqard, rəqəmsal (digital) pullar kimi maliyyə texnologiyalarının bank sistemini sarsıtdığını və sabitliyin davam etdirilməsi üçün nəzarət edilməsi (tənzimlənməsi) lazım olduğunu bildirib.

İnsider.az xəbər verir ki, Laqard, CNBC-yə verdiyi müsahibəsində kriptovalyutalar kimi yeniliklərin maliyyə sektoru üzərindəki qabarıq təsirinə sübut olaraq kommersiya bankların dəyişən biznes modellərini göstərib.

"Məncə, rəqəmsal, kripto ya da adına nə deyirsiniz-deyin blokçeyn texnologiyası istifadə edən hər şey sistemi sarsıdır", - deyən BVF sədri, maliyyə sektorunda bu cür dəyişikliklərin tənzimlənərək (nəzarət) irəliləməsi lazım olduğu barədə xəbərdarlıq edib.

Laqard, "Sabitliyi itirməyimizə səbəb olacaq, sistemi çox sarsıdan innovasiya istəmirik",- deyib.