krediti-qaytarmamaq-ucun-adindaki-emlaklari-cixarirlar

Krediti qaytarmamaq üçün ADINDAKI ƏMLAKLARI ÇIXARIRLAR

Azərbaycanda bəzi bank müştəriləri kreditlərini qaytarmamaq üçün adlarında olan əmlakları başqalarının adına keçirməklə məşğuldurlar.

İnsider.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas, bank mübahisələri üzrə ixtisaslaşmış Əkrəm Həsənov bildirib.

Hüququşünasın sözlərinə görə, hazırda əməkdaşlıq etdiyi bankların birində problemli krediti olan və məhkəməyə verilmiş müştəri krediti qaytarmamaq və bu vəsaitin özünün əmlakına yönəldilməməsi üçün adındakı əmlakları sürətlə başqalarının adına keçirir: "Məlum olub ki, o bir əmlakını yaxınlarından birinə bağışlayıb. Eləcə də, başqa bir böyük obyektini isə bazar dəyərindən qat-qat ucuz qiymətə başqasına satıb".

Ekspertin sözlərinə görə, belə üsulan istifadə edərək banka olan borcunu qaytarmamağa çalışan müştərilər az deyil: "onlar qanunvericilikdəki boşluqlardan istifadə edirlər və fikrimcə bu məsələ qanunvericilik çərçivəsində həll edilməlidir".