kosmik-ucuslar-ucun-yeni-tehluke-aciqlanib

Kosmik uçuşlar üçün yeni təhlükə açıqlanıb

ABŞ-ın Nyu-Hempşir Universitetinin alimləri müəyyən ediblər ki, Qütb parıltısı alçaq orbitdə uçan süni peyklər üçün təhlükə kəsb edir. Atmosfer hadisəsi kosmik apparatların sürətini ləngidir. Bu da öz növbəsində onların Yerə düşməsilə nəticələnə bilər.

İnsider.az bu xəbəri “Phys.org”-dakı press-lesizə istinadla verir.

2015-ci il dekabrın 13-ü keçirilmiş eksperiment əsnasında tədqiqatçılar termosferin atmosferin daha yüksək qatlarına yerləşməsi üçün cihazlar olan raketi işə saldılar. Tədqiqatçılar müəyyən etdilər ki, peyklərə qütblərə dreyf edən avroral formalar (Poleward Moving Auroral Forms, PMAF) adlanan hündür qütb parıltısının müəyyən növü təsir göstərir.

Yüksək Günəş aktivliyilə əmələ gələn maqnitosfer cərəyanları coul istisini ifraz edir. Bunun nəticəsində də atmosferin yüksək qatları lokal olaraq genişlənməyə başlayır. Alçaq orbitli peyklərin uçuş yüksəkliyində doldurulmuş və neytral zərrəciklərin sıxlığı artır və nəticədə onlarla toqquşan apparatlar ləngiməyə başlayırlar.

Samirə Məmmədova