kiv-tramp-iki-ile-10-minden-cox-yalan-beyanat-verib

KİV: Tramp iki ilə 10 mindən çox yalan bəyanat verib

ABŞ prezidenti Donald Tramp 828 gün ərzində 10111 yalan və ya aldadan fikirlər bildirib.

İnsider.az bu barədə Trampın vəzifəyə gəldiyindən bəri hesablamanı başlayan “The Washington Post”-a istinadla xəbər verir.

Qeyd edilir ki, hesab sayı 10 mini aprelin 26-sı ötüb.

Bildirilir ki, qəzet prezidentin aralıq seçkiləri, federal hökümətin qismən durdurulması və Rusiya işi barədə ABŞ xüsusi prokurorun məruzəsi öncəsi mitinqlərdə çıxışlarını izləyirdi.

Samirə Məmmədova