kend-teserrufatinin-kreditlesmesi-uzre-yol-xeritesini-hazirlayacaq-qurum-aciqlandi

Kənd təsərrüfatının kreditləşməsi üzrə yol xəritəsini hazırlayacaq qurum açıqlandı

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalında kreditləşməyə dair Strateji Yol Xəritəsini hazırlayacaq qurum məlum olub.

İnsider.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 11.03.2019-cu il tarixdə keçirilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalında kreditləşməyə dair Strateji Yol Xəritəsinin hazırlanması xidmətinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə satınalmaya dair müsabiqədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 33 min 700 manat məbləğ ilə qalib elan olunub və qalib iştirakçı ilə 15 aprel 2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanıb.