istanbulda-turist-rekordu

İstanbulda turist rekordu

İstanbulu ziyarət edən xarici turistlərin sayı ilk 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq ilk dəfə 5 milyon səviyyəsini keçib.

İnsider.az "Marja"-ya istinadla xəbər verir ki, İstanbul Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, hava yolu ilə İstanbula 5 milyon 400 min 283 nəfər, dəniz yolu ilə 15 min 623 nəfər gəlib. Beləliklə, 5 ayda İstanbula gələn turistlərin sayı 5 milyon 416 minə çatıb.

Bu, yeni rekorddur. Hava yolu ilə gələn turistlərin sayı 11 faiz, dəniz yolu ilə gələnlərin sayı isə 5.7% artıb.