isgaldan-azad-edilen-erazilerde-faydali-qazinti-yataqlarin-qiymetlendirilmesine-baslanilacaq

İşğaldan azad edilən ərazilərdə faydalı qazıntı yataqların qiymətləndirilməsinə başlanılacaq

“Ən qısa zamanda Vejnəli (Zəngilan), Söyüdlü (Zod qızıl yatağı - Kəlbəcər) və Qızılbulaq (Ağdərə) ərazilərindəki bərpa olunan lisenziyalarımızın potensialını praktiki olaraq qiymətləndirməyə başalayacağıq”. 

İnsider.az xəbər verir ki, bunu “Anglo-Asian Mining Plc” şirkətinin Baş direktoru Reza Vəziri açıqlamasında deyib.

Baş direktor Azərbaycan dövləti ilə əməkdaşlığın çox əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, şirkət növbəti dövrdə fəaliyyətini genişləndirməklə ehtiyatlarını artırmağı nəzərdə tutur:

“İstehsalı genişləndirmək üçün Gədəbəydə yeni kəşflər etmək, Vejnəli və Söyüdlü (Qafqazda ən böyük qızıl yatağı) mədənlərində bərpa edilmiş lisenziyalarımızı dəyərləndirməklə əhəmiyyətli dərəcədə səhm dəyərini artırmağı düşünürük.

Gədəbəy mədənlərində də istehsalı şaxələndirmək üçün beş prioritetli kəşfin tədqiqatını sürətləndirəcəyik. Artıq Gədəbəy mədənləri üzrə güzəştlərin müddətinin beş illik uzadılması ilə bağlı müqaviləni təsdiqləyən müraciəti təqdim etdik və güman edirik ki, gələcəkdə Azərbaycanda yeni güzəştlər əldə edə biləcəyik”.