OPEC+ ölkələri neft hasilatının azaldılması sazişini uzatmalıdır. Neft hasilatının artırılması barədə isə düşünmək belə lazım deyil.
İnsider.az xəbər verir ki, bu barədə İraqın neft naziri Tamer əl-Qadban Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə bildirib:
“Hasilatın məhdudlaşdırılmasının uzadılması OPEC+ ölkələri üçün daha böyük ehtimaldır. Buna səbəb isə qeyri-müəyyənlik, ehtiyatların artması, ticarət müharibəsi və ABŞ-da hasilatın artmasıdır. Düşünürəm ki, azaldılma ilə bağlı saziş ən azı altı ay müddətinə uzadılacaq. Bazardakı son dəyişikliklər göstərir ki, biz tezliklə azaldılmanı sürətləndirməliyik”.
©“Report”