iran-zindanlarinda-mehbuslar-edam-edilib-foto

İran zindanlarında məhbuslar edam edilib - FOTO

İranın Kərəc şəhərinin Qızılhisar və İlam əyalətinin mərkəzi həbsxanalarında üç məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, edam olunan məhbuslar adam öldürməkdə ittiham ediliblər.

Qeyd edək ki, ötən il İran zindanlarında 834 məhbusun edam hökmü həyata keçirilib.