ipoteka-ve-kredit-zemaneti-fondunun-istiqrazlarinin-yerlesdirilmesi-uzre-herrac-kecirilecek

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

10 may 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin AZ2036008681 İSİN kodlu ipoteka istiqrazlarının yerləşdirilməsinin növbəti mərhələsi üzrə hərrac keçiriləcək.

İnsider.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.