iphone-istehsali-ile-bagli-ciddi-problem

iPhone istehsalı ilə bağlı ciddi problem

Bloomberg: Foxconn zavodu etirazlara görə altı milyon iPhone-u az istehsal edə bilər.

Çində ən böyük iPhone istehsalı müəssisəsi olan Foxconn-da iğtişaşlar 2022-ci ildə 6 milyon ədəd smartfon istehsalının azalmasına səbəb ola bilər.

Bu barədə Bloomberg mənbələrə istinadən yazır.

Məlumata görə, zavodda yüzlərlə işçi sərt anti-COVİD məhdudiyyətlərinə görə keçən həftə tətilə çıxıb. Oktyabr ayından etibarən işçilər texnoparkın ərazisində karantində qalmaq məcburiyyətində qalıblar, məlumatlara görə, hər kəsə qida və dərman çatmır.

Çinin sosial mediasında, minlərlə Foxconn əməkdaşının koronavirusa yoluxmaq və ya karantinə düşmək qorxusu ilə zavoddan qaçdıqlarını göstərən görüntülər yayılmışdı.  

Mənbə bildirib ki, vəziyyət hələ də qeyri-sabitdir və iPhone istehsalı ilə bağlı proqnozlar dəyişə bilər. 

Eyni zamanda, Apple və Foxconn ümid edir ki, istehsaldakı azalmabı gələn il doldurmaq olacaqdır.