“iOS” üçün mobil tətbiqlərin tərtibatçı qrupu “Apple”-ı bazardakı dominant mövqe ilə sui-istifadə etməkdə ittiham edərək, şirkəti Kaliforniyadakı federal məhkəməyə verib. İnsider.az bu barədə xəbəri “Bloomberg”-ə istinadla çatdırır.
İddiaçılar “Apple”-ın “App Store”-u tərtibatçılara təzyiq lingi kimi istifadə etdiyini iddia edirlər – şirkət tətbiqlərin satışından gələn mənfəətin 30%-ni özünə götürür və 0,99 dollardan aşağı qiymət təyin etməyə imkan vermir. Həmçinin “Apple” qiymət sonluqlarının 99 sentlə yekunlaşmasını tələb edir.
İddianamədə deyilir ki, “Apple” tərtibatçılara öz “iOS” üçün olan tətbiqlərini “App Store”-dan başqa heç yerdə qabağa çəkməyə qoymayaraq, əvvəlcədən amerikan bazarında inhisarçı mövqe tutduğunu göstərir.
“Apple”-dan agentliyin şərh barədə sorğusuna heç bir cavab verilməyib.
Qeyd edək ki, tərtibatçıların məhkəmədə maraqlarını “Hagens Berman” hüquqi firması təmsil edəcək. Şirkət “App Store”-un cari vəziyyətilə bağlı bütün narazı olan tətbiq müəlliflərini iddianaməyə qoşulmağa çağırır.
Samirə Məmmədova