instagram-yeni-tehlukesizlik-tetbiqini-sinaqdan-kecirir

"Instagram" yeni təhlükəsizlik tətbiqini sınaqdan keçirir

Sosial şəbəkələrlə bağlı ən böyük problemlərdən biri də istifadəçilərin hesablarının təhlükəsizliyi problemidir.

İnsider.az xəbər verir ki, "Instagram" istifadəçilərin başqaları tərəfindən ələ keçirilən hesablarını bərpa edə bilmələri üçün 6 işarəli koddan ibarət bir təhlükəsizlik sistemini sınaqdan keçirir.

Beləki, bu tətbiqin həyata keçirilməsi ilə istifadəçi həmin 6 işarəli kodu yığaraq öz ələ keçirilmiş hesabını bərpa edə biləcək.

©Finans.az