instagram-layk-sayini-gizletmeye-hazirlasir

“Instagram” layk sayını gizlətməyə hazırlaşır

“Instagram” sosial şəbəkəsi publikasiyaların altındakı layk sayını digər istifadəçilərdən gizlədilmə imkanını test edəcək. 

İnsider.azTechCrunch”-a istinadla bildirir ki, layk sayını yalnız publikasiya müəllifi görə biləcək.

İlk belə funksiyanı “Android” üçün olan “İnstagram” tətbiqinin kodunda tətbiqlərin tədqiqatçısı Ceyn Vonq tapmışdı.

Funksiyanın təsvirində “Instagram” qeyd edib ki, istifadəçilərin əldə etdikləri layk sayında deyil, kontent üzərində fokuslanmaqlarını istəyir.

“Instagram” nümayəndəsi bildirib ki, bu, ancaq funksiyanın prototipidir və şirkət rəsmi olaraq belə imkanı test etmir. Lakin o qeyd edib ki, “Instagram” “hər zaman istifadəçilərə olan təzyiqin necə azaldılması barədə düşünür”.

“TechCrunch” portalı yazır ki, “layk gizlətmək” funksiyasının yeridilməsi halda, istifadəçilər və reklamverənlər daha çox abunəçi və şərh sayına diqqət edəcəklər. Bununla belə, gizlədilmiş layklar lentdəki publikasiyaların ranjirlənməsinə təsir göstərməyə davam edəcəklər.

Samirə Məmmədova