insanlarin-her-il-koronavirus-peyvendi-etdirmeleri-lazim-olacaq

İnsanların hər il koronavirus peyvəndi etdirmələri lazım olacaq

Pfizer-dən koronavirus peyvəndində "üçüncü doza" açıqlaması

ABŞ-ın əczaçılıq şirkəti Pfizer, yeni növ koronavirus (Covid-19) peyvəndlərini vurduran şəxslərin ən gec 12 ay ərzində üçüncü doza peyvəndə ehtiyacı ola biləcəklərini açıqlayıb. 

CNBC televiziyasına danışan şirkətin direktoru Albert Bourla, "Ola biləcək bir ssenariyə görə, 6 ilə 12 ay arasında üçüncü bir dozaya ehtiyac olacaq və insanların hər il yenidən peyvənd olmaları lazım olacaq. Yeni virus növlərinin görülməsi bu qərarı qəbul etməkdə əhəmiyyətli bir rol oynayacaq" deyib. 

Pfizer-in məlumatları 2 mindən çox peyvənd edilmiş insana əsaslanır, ancaq qorumanın 6 ay sonra davam edib etmədiyini müəyyən etmək üçün daha çox məlumata ehtiyac var.

Pfizer və BioNTech, fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı anlamaq üçün Covid-19 peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlamışdı.

Johnson & Johnson-un Direktoru Alex Gorsky da eynilə mövsümi qrip peyvəndlərində olduğu kimi insanların hər il Covid-19 peyvəndi etdirmələri lazım ola biləcəyini açıqlayıb.

Marja