ingilterede-izolyasiya-qaydalarini-pozanlar-10-min-sterlinqe-qeder-cerimelenecek

İngiltərədə izolyasiya qaydalarını pozanlar 10 min sterlinqə qədər cərimələnəcək

İngiltərədə koronavirus testi müsbət çıxan və özlərini təcrid etmələri tələb olunan şəxslərin izolyasiya qaydalarını pozmaları vəziyyətində 10 min sterlinqədək cərimələnəcək.

İnsider.az xəbər verir ki, ilk pozuntuda 1000 sterlinq cəza nəzərdə tutulur, pozuntuların təkrarlanması vəziyyətində cəza məbləği 10 min sterlinqə qədər çıxacaq.

Qanun 28 Sentyabrda qüvvəyə münəcək.

Eyni zamanda özlərini təcrid etməsi tələb olunan şəxslər dövlətdə 500 sterlinq məbləğində yardım ala biləcəklər.

Birləşmiş Krallıq hökuməti, yeni cərimələrin Şotlandiya, Uels və Şimal İrlandiyada də təbiq ediləcəyinə ümid edir.

Marja