ilon-mask-tesla-sehmlerini-satmaga-davam-edir

İlon Mask Tesla səhmlərini satmağa davam edir

Tesla-nın baş direktoru İlon Maskın (Elon Musk) bu həftə daha 3,58 milyard dollar dəyərində Tesla səhmlərini satdığı bildirilir.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən bildirişə görə, Mask şirkətin 22 milyon səhmini satıb.

Twitter-i 44 milyard dollara aldıqdan sonra ikinci səhm satışını həyata keçirən Mask noyabrda Tesla-nın 3,95 milyard dollarlıq səhmini də satıb.

Bundan əlavə, Musk Tesla-nın aprel ayında təxminən 8,5 milyard, bu ilin avqustunda isə 6,9 milyard dollar dəyərində səhmlərini satıb.

Marja