ilham-eliyev-almaniyaya-yeni-sefir-teyin-etdi-serencam

İlham Əliyev Almaniyaya yeni səfir təyin etdi – SƏRƏNCAM

Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.